M e s u d H a r a y

Mesud Haray-In Özel Websitesi

M e s u d H a r a y

Mesud Haray-In Özel Websitesi

Məsud Haray: Son durağım böyük Türk Dünyası

Türk Dünyası Edebiyat Ve Kültür Sitesi


Məsud Haray Güney Azərbaycanın çağdaş ədəbiyyatının ünlü simalarından biri kimi tanınır. İmzasının Haray olmasının özəl bir anlamı vardır. Bu haray, Güneyimizdə 1925-ci ildən, yəni pəhləvilər dönəminin başlanılmasından bu günə kimi “parn-urdu” və “fars” qəlibində yaşadılmağa məhkum edilmiş Türkün harayıdır. Bu haray, Güneydəki soydaşlarımızın səsi, ünüdür. Bu harayın tək bir anlamı var: “Öz kimliyinə, kültürünə və ədəbiyyatına sahib çıxmayan toplumun sonu onun bitməsi deməkdir” fəlsəfəsinin acı içini göstərməkdir. 

Məsud Harayın əsərləri Güney və Quzey Azərbaycanda, Türkiyədə, İraq Türkman Elində böyük sevgi və maraqla oxunur. Onun şeirlərinin pafosunda tək bir anlam yer almışdır. Bu da özünün poetik duyğularının bədii çalarlarını mənsub olduğu toplumun ali dəyərinə çevirməkdir. 
  
Vatan
Böyük sevgiyə,
ürəyi geniş tutmaq gərək.
Ürəyi geniş tutmaq üçün də, 
Zor günlərə qatlanmaq
Zor adam olmaq lazımdır. 
Bu zorluklara qatlanırsansa,
İnancın polad olur.
Polad olduğunda, 
Zaman sıxışdıramaz könlünü.
Bax o zaman
Adam, adam olur
Və qocalmır, 
Qocamanlaşır.
Dağ olur
Və dayaq olur.
Rüzgar əsdirə bilmir telinin ucunu.
Yuvasız quşlar da
Yuvalanır əllərində. 
O büyük sevginin adı
Məncə VATAN olur.

Ani duyum
İnsanların da,
Qadinların da,
Gözəl-göyçəyi var.
Şairlərin də,
Ölümün də.
Buyur!
Mən nədən
Gözəl- göyçəyini sevməyim axı.

Hava
Bu havada
Mənə buyur bir sigaret çək deməyin.
İçimdəki dinamitlər tərlidilər,
Qor düşürsə
Patlayaram.

Dəniz və tale
Dalğalanacaqdır dəniz 
Tozuna,
Duzuna
Ve göynəmək düşəcək yapraqların ətəyinə. 
Qızaracaq bütün aşiqlərin göz bəbəkləri, 
Oy be....
Dərdin alım vətən
Sənin gözünə düşən çöp 
Süngüdür ürəyimə.
Artıq ağlamaqla təskin etməz dərdimizə
Dərmanımiz isə üsyanımız. 
Cəngi Köroğlu çalmalı ozanlar,
Qəhrəmanlar qalxmalı qəbirlərindən. 
Dənizimiz gözümüzdür quruyur, 
Və gözümüz taleyimizdir ağlayır.


Yuva
Könlümdə, 
Min bir fəlakət yuva salıb. 
Bu tufağı dağıtmağa
Daşmı?
Süpəkmi?
Seçmə qorşunmu?
Bilməm!!!
Atom çəyirdəyi lazımsa
İstehsal edin məni
Ətimi, 
Sümüklərimi
Urmu gölünü belə.

Duraq
İki sevgi durağının
Tam ortasındayam.
Yollar 
Sarmaşık kimi dolaşır,
Doyğularıma, 
Ürəyimə.
İlk durağım Urmu - İstanbul isə,
Son durağım böyük Türk Dünyası.