Qurbət diyə hıçqırıqdım,
Bir musluq kimi damlatdın,
Dəldin ürəyimi.
Gözlərim səni
Damladı qara topraga
Xiyavanlar uzanışdı
Hünkürükdüm,
Kırıxdım özümü.
Arabalar fışqadı.
Bəkçilər hoyladı.
Sümsük itlər hapıldadı,
Məni görəndə sənsiz.
Uvand olmadi əynimə köynəyim.
Yabanci diyə öz məmləkətimdə,
Üşüdüm istidən,
Yandim sazaqdan.
Mənə bir gözgü gətirin,
Sevgilimi görmək istəyirəm özümdə.